ArazNews
Ana Səhifə / Bölgə / ABŞ dövlət katibi türk dünyasının tarixi sivilizasiyasının qəlbində
Bölgə

ABŞ dövlət katibi türk dünyasının tarixi sivilizasiyasının qəlbində

ABŞ dövlət katibi türk dünyasının tarixi sivilizasiyasının qəlbində

ABŞ dövlət katibi Marko Rubio Özbəkistana rəsmi səfəri zamanı Səmərqənd şəhərindəki tarixi Registan meydanını ziyarət edib. Səmərqənd türk dünyasının ən görkəmli sivilizasiya mərkəzlərindən biri və Teymurilər imperiyasının əzəmətinin yadigarıdır. Ziyarətdə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva və Rubionun həyat yoldaşı da iştirak ediblər.

Əmir Teymurun hakimiyyəti dövründə dünyanın ən mühüm siyasi, elmi və mədəni paytaxtlarından birinə çevrilən Səmərqənd türk xalqlarının tarixində və sivilizasiya irsində xüsusi yer tutur. Uluqbəy, Şirdar və Tillakari tarixi mədrəsələrinin yerləşdiyi Registan meydanı Mərkəzi Asiyanın ən möhtəşəm memarlıq komplekslərindən biri hesab olunur. Vaxtilə Teymurilər imperiyasının qəlbində yerləşən bu tarixi şəhər bu gün də türk dünyasının ortaq mədəni və tarixi irsinin görkəmli simvollarından biri sayılır.

ABŞ dövlət katibinin bu tarixi mərkəzə səfəri onun Özbəkistana diplomatik səfəri və Vaşinqtonun Türküstan (Mərkəzi Asiya) ölkələri ilə əlaqələrini genişləndirməsi çərçivəsində baş tutub.

Dünya güclərinin bu regiona marağı türk ölkələri arasında əməkdaşlığın genişlənməsi ilə eyni vaxtda artır. Bu, Türküstanın (Mərkəzi Asiya) geopolitik əhəmiyyətini daha da önə çıxarıb.