Axios xəbər verib ki, ABŞ-ın müharibə naziri Pit Heqset oktyabrın 19-da, bazar ertəsi əvvəlcədən elan edilmədən İsrailə gedib və Benyamin Netanyahu ilə görüşüb. Bu səfər İsraildəki seçkilərdən səkkiz gün əvvəl baş tutub. ABŞ və İsrail bu günlərdə İslam Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyatların mümkün bərpası barədə müzakirələr aparır.
İsrail televiziyasının 12-ci kanalı da bu görüşü təsdiqləyib. Kanalın yazdığına görə, Pentaqon Heqsetin səfəri barədə əvvəlcədən heç bir məlumat yaymamışdı. ABŞ-ın müharibə nazirinin ofisi də bu səfərlə bağlı şərh verməkdən imtina edib.
12-ci kanal təxminən bir həftə əvvəl Netanyahunun Donald Trampla İslam Respublikası ilə müharibənin bərpası barədə müzakirə apardığını xəbər vermişdi. Yüksəkvəzifəli amerikalı rəsmilər belə qənaətə gəliblər ki, Netanyahu hücumların İsraildəki seçkilərdən əvvəl bərpa olunmasını istəyir.