ArazNews
Ana Səhifə / İran / Reuters: Tehran neftin qiymətini yüksək saxlamaq və ABŞ seçkilərinə təsir etmək üçün dəniz hücumlarını gücləndirib
İran

Reuters: Tehran neftin qiymətini yüksək saxlamaq və ABŞ seçkilərinə təsir etmək üçün dəniz hücumlarını gücləndirib

Reuters: Tehran neftin qiymətini yüksək saxlamaq və ABŞ seçkilərinə təsir etmək üçün dəniz hücumlarını gücləndirib

Reuters İslam Respublikasının iki yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib ki, Tehran təxminən 10 gündür gəmilərə qarşı daha aqressiv strategiya tətbiq etməyə başlayıb. Bildirilir ki, bu strategiyanın məqsədi dünya bazarında neft qiymətlərinin düşməsinin qarşısını almaq və ABŞ-dakı aralıq seçkilərin ab-havasına təsir göstərməkdir.

Həmin rəsmilər deyiblər ki, taktikanın dəyişdirilməsi barədə qərar İslam Respublikası rəhbərliyinin ən yüksək səviyyəsində qəbul edilib və bütün hakimiyyət strukturunda əlaqələndirilib. Eyni zamanda dəniz əməliyyatlarının əhatə dairəsi də Hörmüz boğazından Oman dənizinin bəzi hissələrinə, eləcə də Qətər və BƏƏ-yə yaxın sulara qədər genişləndirilib.

ABŞ-ın bir hərbi rəsmisi də Reuters-ə bildirib ki, İslam Respublikasının radar imkanlarının böyük hissəsi məhv edildikdən sonra İnqilab Keşikçiləri Korpusu hədəfləri, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müəyyən etmək üçün kiçik qayıqlarda olan silahsız müşahidəçilərdən istifadə edir. Dəniz məlumatlarına əsasən, son 48 saat ərzində Hörmüz ərazisində ticarət gəmiləri ilə bağlı ən azı beş insident qeydə alınıb.