Türkiyə yeni nəsil yerli elektron müharibə sistemləri hazırlamaqla döyüş meydanında düşmənin radarlarını və rabitə şəbəkələrini aşkarlamaq, yanıltmaq və onların işini pozmaq imkanlarını genişləndirir.
TRT-nin məlumatına görə, ASELSAN şirkətinin istehsal etdiyi «KORAL» sistemi radar siqnallarını aşkarlamaq, təhlil etmək və düşmən sistemlərinin fəaliyyətini pozmaq imkanına malikdir.
Eyni zamanda, uzaq məsafədən elektron müharibə əməliyyatları aparmaq üçün «HAVASOJ» hava platformalı layihəsi üzərində iş davam etdirilir. Yeni «KORAL AD» sistemi isə «Polad Günbəz» hava hücumundan müdafiə arxitekturasının bir hissəsi kimi təqdim olunub.
Bu texnologiyalar Türkiyənin xarici avadanlıqlardan asılılığını azaltmaqla ölkə silahlı qüvvələrinin müdafiə potensialını və əməliyyat müstəqilliyini gücləndirir, Ankaranın qabaqcıl hərbi texnologiyalar sahəsindəki mövqeyini yüksəldir.