ArazNews
Ana Səhifə / İran / Lavrovu qəbul edən Araqçi iddia edib: Moskva ilə münasibətlər heç vaxt bu qədər yaxın olmayıb
İran

Lavrovu qəbul edən Araqçi iddia edib: Moskva ilə münasibətlər heç vaxt bu qədər yaxın olmayıb

Lavrovu qəbul edən Araqçi iddia edib: Moskva ilə münasibətlər heç vaxt bu qədər yaxın olmayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da, bazar ertəsi Tehranda Abbas Araqçi, Məsud Pezeşkiyan və Milli Təhlükəsizlik Ali Şurasının katibi ilə görüşüb. Araqçi bu görüşlərdən sonra İran və Rusiya arasındakı əməkdaşlığın tarix boyu «heç vaxt bu qədər yaxın olmadığını» iddia edib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu iqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsi olub.

Lavrov rus mütəxəssislərinin tədricən Buşehr atom elektrik stansiyasına qayıtdığını açıqlayıb. O bildirib ki, Moskva İslam Respublikası ilə ABŞ arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır.

Araqçi bir daha regiondakı təhlükəsizlik problemlərinə görə məsuliyyəti ABŞ və İsrailin fevralın 28-dən başlayan hücumlarının üzərinə atıb. O, Xəzər dənizində İran və Rusiya gəmilərinə edilən hücumlarla bağlı da narahatlığını ifadə edib. Lavrovun sözlərinə görə, iki ölkə arasında ticarət ötən il 21 faiz artıb, rus podratçı isə Rəşt–Astara dəmir yolu üzrə tədqiqat işlərini davam etdirir.