ArazNews
Ana Səhifə / İran / İslam Respublikasının neft şah damarı hədəfdə: Tramp Xark adasına hücum planını nəzərdən keçirir
İran

İslam Respublikasının neft şah damarı hədəfdə: Tramp Xark adasına hücum planını nəzərdən keçirir

İslam Respublikasının neft şah damarı hədəfdə: Tramp Xark adasına hücum planını nəzərdən keçirir

"Israel Hayom" qəzeti BƏƏ-nin "Erem News" nəşrinə istinadən xəbər verib ki, Donald Tramp Xark adasına hücum planını nəzərdən keçirir. O, bu variantları yüksək vəzifəli müşavirləri, Pentaqon və MKİ rəsmiləri ilə müzakirə edib. İranın xam neft ixracının təxminən 90 faizi Xark adası üzərindən həyata keçirilir.

Qəzetin yazdığına görə, adadakı neft anbarları, boru kəmərləri, tankerlərin yükləndiyi körpülər və hərbi mövqelər hədəflər siyahısına daxildir. Bu hücumlarla Tehranın ilkin şərtlərindən imtina etməyə məcbur edilməsi nəzərdə tutulur. Vaşinqton İslam Respublikasının 3 noyabr aralıq seçkilərindən əvvəl nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı danışıqlara razılıq verməsini istəyir.

Parlamentin sədri Məhəmmədbağır Qalibaf daha əvvəl İslam Respublikasının təhlükəsizliyi təmin olunmayacağı təqdirdə "heç bir infrastrukturun təhlükəsiz qalmayacağı" ilə hədələmişdi. O, İranın neft sata bilmədiyi regionda "heç kimin neft satmayacağını" bildirmişdi.