İslam Respublikasının rabitə nazirinin müavini Bəhzad Əkbəri son 48 saat ərzində İranın şəbəkələrinə və rabitə infrastrukturuna qarşı kiberhücumların intensivliyinin və tezliyinin nəzərəçarpacaq dərəcədə artdığını bildirib.
"Mehr" xəbər agentliyinin məlumatına görə, Əkbəri hücumların böyük hissəsinin müdafiə sistemləri vasitəsilə qarşısının alındığını açıqlayıb və şəbəkənin dayanıqlığının qorunub saxlandığını iddia edib. O, şirkətləri və data mərkəzlərini təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyi barədə xəbərdar edib.