İran Bəlucistanının bir neçə bölgəsində son günlər baş verən silahlı toqquşmaların davamı olaraq, bu ərazilərdən xəbərlər yayan "Halvaş" oktyabrın 13-ü, çərşənbə axşamı səhər saatlarından Taftan şəhristanının Çah-Əhməd bölgəsində yeni toqquşmanın baş verdiyini xəbər verib.
"Halvaş"ın məlumatına görə, SEPAH qüvvələri ilə silahlı şəxslər arasında baş verən bu toqquşmada yüngül, yarıağır və ağır silahlardan istifadə edilib, toqquşmanın şiddətlənməsi ilə bölgəyə əlavə hərbi qüvvə göndərilib.
Eyni zamanda, İran mediası, o cümlədən SEPAH-a yaxın Tasnim və Fars agentlikləri Zahidanın Kurin bölgəsindəki Çah-Əhməddə toqquşma baş verdiyini xəbər verib və «təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı bir gizli mənzilin aşkarlanaraq məhv edildiyini» bildirib.
Bu media qurumları «terrorçu» adlandırdıqları üç nəfərin toqquşmada öldürüldüyünü bildirsələr də, əməliyyatın hələ də davam etdiyini qeyd ediblər.
Son bir neçə həftədə İranın Sistan və Bəlucistan əyalətinin müxtəlif bölgələrində silahlı toqquşmalar demək olar ki, hər gün baş verib.