ArazNews
Ana Səhifə / İran / Məhəmməd Müxbir: Elektrik stansiyamızı və ya neft-kimya müəssisəmizi vursalar, 9 ölkəni vuracağıq
İran

Məhəmməd Müxbir: Elektrik stansiyamızı və ya neft-kimya müəssisəmizi vursalar, 9 ölkəni vuracağıq

Məhəmməd Müxbir: Elektrik stansiyamızı və ya neft-kimya müəssisəmizi vursalar, 9 ölkəni vuracağıq

İran İslam Respublikasının rəhbərinin köməkçisi və müşaviri Məhəmməd Müxbir bildirib ki, İranın «regional müharibə» strategiyası çəkindirmə yaradıb. O əlavə edib ki, İranın elektrik stansiyası və ya neft-kimya müəssisəsi hədəfə alınarsa, İslam Respublikası 9 ölkənin elektrik stansiyalarını və neft-kimya müəssisələrini hədəfə alacaq.

Müxbir deyib: «Hörmüz boğazı olan hər bir ölkənin atom bombasına ehtiyacı yoxdur». O əlavə edib ki, atom bombası ilə 50 və ya 100 min nəfər ölə bilər, lakin bir boğaza sahib olmaqla bir neçə milyard insan bu prosesə cəlb olunur.

O, həmçinin bildirib ki, Əli Xameneyi «regional müharibə»dən danışanda İslam Respublikasının raketlərinin və pilotsuz uçuş aparatlarının mənzilindən xəbərdar idi, indi də Müctəba Xameneyi «hücum müharibəsi»ndən danışdığı halda, bunun üçün ilkin şərtlər, təchizat və imkanlar hazırlanıb.

Müxbir sözlərinə davam edərək deyib ki, Müctəba Xameneyi idarəçiliyin müxtəlif aspektlərinə və hərbi məsələlərə hakimdir və onun varisliyi «ölkəyə sakitliyi qaytarıb».