ArazNews
Ana Səhifə / Bölgə / Körfəz Əməkdaşlıq Şurası husilərin terror təşkilatı elan edilməsini tələb edib
Bölgə

Körfəz Əməkdaşlıq Şurası husilərin terror təşkilatı elan edilməsini tələb edib

Körfəz Əməkdaşlıq Şurası husilərin terror təşkilatı elan edilməsini tələb edib

Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının Manamada keçirilən 168-ci iclasının yekun bəyanatında üzv ölkələrin xarici işlər nazirləri husilərin terror təşkilatı elan edilməsinin zəruri olduğunu vurğulayıblar. Nazirlər bu hərəkata qarşı da digər terror qruplarına olduğu kimi yanaşılmasını tələb ediblər.

Bəyanatda həmçinin husilərin raket və pilotsuz uçuş aparatları əldə etməsinə imkan yaradan istənilən dəstək və yardımın dayandırılmasının zəruriliyi vurğulanıb.

Körfəz Əməkdaşlıq Şurası yekun bəyanatının digər hissəsində şuranın üzv ölkələrinə və İordaniyaya qarşı törədilən raket və dron hücumlarını pisləyib.

Bəyanatda üzv ölkələrin Səudiyyə Ərəbistanı ilə həmrəyliyi də vurğulanıb. Sənəddə Körfəz Əməkdaşlıq Şurasının üzvlərindən birinə qarşı istənilən hücumun bütün üzv ölkələrə qarşı hücum sayılacağı qeyd olunub.

Hörmüz boğazında təhlükəsizliyin bərpası və gəmiçilik azadlığının təmin edilməsi də iclasda müzakirə olunan məsələlər sırasında olub.