ArazNews
Ana Səhifə / Bölgə / Bağdad: ABŞ ilə İslam Respublikası arasında yeni qarşıdurmada İraqın neytral qalması çətindir
Bölgə

Bağdad: ABŞ ilə İslam Respublikası arasında yeni qarşıdurmada İraqın neytral qalması çətindir

Bağdad: ABŞ ilə İslam Respublikası arasında yeni qarşıdurmada İraqın neytral qalması çətindir

İraq Prezident Administrasiyasının sözçüsü Xalid əl-Yaqubi ABŞ ilə İslam Respublikası arasında hər hansı yeni gərginliyin İraqı «istəsə də, istəməsə də» hadisələrin mərkəzinə çəkəcəyi barədə xəbərdarlıq edib.

"Əl-Cəzirə"nin məlumatına görə, əl-Yaqubi bildirib ki, hazırkı şəraitdə Vaşinqtonla Tehran arasında vasitəçilik «İraqın imkanlarından artıqdır» və Bağdad hələlik bu rolu oynamaq iqtidarında deyil. O, həmçinin qeyd edib ki, son müharibədə münaqişə tərəfləri İraqın hava məkanından istifadə edib.

Sözçü əlavə edib ki, İraqın baş naziri Əli əz-Zeydi Donald Trampla görüşündə ABŞ-ı silahlı qruplaşmaların silahlarını təhvil verməsi üçün müəyyən edilmiş müddətin 30 iyun 2027-ci ilədək uzadılmasına razı salıb.