ArazNews
Ana Səhifə / Bölgə / Pakistan müharibə başlayacağı təqdirdə Məkkə müdafiə paktının işə düşəcəyini açıqlayıb
Bölgə

Pakistan müharibə başlayacağı təqdirdə Məkkə müdafiə paktının işə düşəcəyini açıqlayıb

Pakistan müharibə başlayacağı təqdirdə Məkkə müdafiə paktının işə düşəcəyini açıqlayıb

Pakistan ordusunun sözçüsü Səudiyyə Ərəbistanındakı müsəlmanların müqəddəs şəhərlərinin qorunmasını əsas prioritet adlandırıb. O, diplomatiya uğursuz olsa və hərbi qarşıdurma başlasa, Məkkə paktının kollektiv çəkindirmə mexanizminin işə düşəcəyi barədə xəbərdarlıq edib.

Əhməd Şərif Çaudri "Independent Arabia" nəşrinə verdiyi eksklüziv müsahibədə bildirib ki, Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsi heç bir tərəfin xeyrinə deyil. Onun sözlərinə görə, gərginliyin istənilən səviyyədə artırılması heç bir ölkənin maraqlarına cavab verməyəcək.

O əlavə edib ki, danışıqlar yolu ilə nəticə əldə etmək vacibdir. Lakin danışıqlar uğursuz olsa və ardınca hərbi qarşıdurma baş versə, Məkkə paktının kollektiv çəkindirmə mexanizmi mütləq işə düşəcək.

Çaudri Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün, xüsusilə də Hərəmeyn-Şərifeynin qorunmasını Pakistanın əsas prioriteti adlandırıb. O, Hərəmeynin qorunması məsələsində heç bir güzəştə gedilə bilməyəcəyini deyib. Çaudrinin sözlərinə görə, müqəddəs məkanlara edilən hücumlar Pakistan xalqının, eləcə də ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi qəzəbinə səbəb olub.