ArazNews
Ana Səhifə / Bölgə / Netanyahunun təhlükəsizlik xəritəsi: Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan «Sünni almazı» blokunda
Bölgə

Netanyahunun təhlükəsizlik xəritəsi: Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan «Sünni almazı» blokunda

Netanyahunun təhlükəsizlik xəritəsi: Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan «Sünni almazı» blokunda

İsrailin baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik siyasətini təqdim edərkən, görünür, Yaxın Şərqdəki ittifaqların xəritəsini nümayiş etdirib. Bu xəritə Almaniyanın Fridrix Ebert Fondu tərəfindən hazırlanıb və region ölkələrini dörd bloka bölüb.

Xəritədə Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı «Sünni almazı» ittifaqını, İsrail və Birləşmiş Ərəb Əmirlikləri isə «Altıbucaqlı» ittifaqı təşkil edir. Üçüncü bloku İslam Respublikası və onun vəkil qrupları, dördüncü bloku isə NATO və ABŞ-ın əsas müttəfiqləri təşkil edir.

Azərbaycan Respublikası da regionun hər iki ittifaqı, yəni «Sünni almazı» ittifaqı və «Altıbucaqlı» ittifaqla dostluq münasibətləri olan ölkələr sırasına daxil edilib.