ArazNews
Ana Səhifə / İran / Əraqçi Fransadakı iğtişaşlardan Makrona sözlü hücum üçün istifadə edib
İran

Əraqçi Fransadakı iğtişaşlardan Makrona sözlü hücum üçün istifadə edib

Əraqçi Fransadakı iğtişaşlardan Makrona sözlü hücum üçün istifadə edib

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Emmanuel Makronun Fransadakı iğtişaşlarla bağlı açıqlamalarına reaksiya verərək, bu ölkənin prezidentini «məsuliyyəti başqalarının üzərinə atmaqda» ittiham edib.

Əraqçinin «X» sosial şəbəkəsindəki paylaşımına əsasən, o, Makron və digər Avropa liderlərinin müharibənin yaranmasında və hazırkı vəziyyətin formalaşmasında rol oynadıqlarını iddia edib və onların indi bunun məsuliyyətini başqalarının üzərinə ata bilməyəcəklərini bildirib.

Əraqçi həmçinin heç bir konkret sübut təqdim etmədən Fransadakı son etirazları bu ölkə xalqının «köklü dəyişikliklər» tələbinin əlaməti kimi qiymətləndirib və Makrondan «Fransanın gələcəyinin səsinə qulaq asmağı» istəyib.