Yəmən hökumətinə bağlı ordu «Yəmən şəfəqi» əməliyyatı çərçivəsində son 24 saat ərzində müxtəlif cəbhələrdə husilərin mövqelərinə və texnikasına qarşı 1200-dən çox hücum həyata keçirdiyini açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin bəyanatında bildirilir ki, bu qüvvələrin sözçüsü Macid ən-Nəzili həmin əməliyyatlarda təxminən 700 husi döyüşçüsünün öldürüldüyünü, 150-dən çox hərbi və logistik nəqliyyat vasitəsinin isə məhv edildiyini və ya sıradan çıxarıldığını iddia edib.