ArazNews
Ana Səhifə / Bölgə / Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını dəstəkləməkdə ittiham edib
Bölgə

Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını dəstəkləməkdə ittiham edib

Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını dəstəkləməkdə ittiham edib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ictimai diplomatiya üzrə müavini Raid bin Xalid Qirimli İran İslam Respublikasını husilərin bu ölkəyə qarşı yeni hücumlar dalğasını dəstəkləməkdə ittiham edib və Tehranın bu qruplaşmanın silahlandırılmasında və təlimində hələ də rol oynadığını bildirib.

Qirimli oktyabrın 15-də, cümə axşamı jurnalistlərlə onlayn görüşdə bildirib ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq husiləri silahlandırmağa, onlara təlim keçməyə və dəstək verməyə davam edir.

O, həmçinin qeyd edib ki, Səudiyyə rəsmiləri münaqişənin hazırkı mərhələsində husilərin hücumlarının artmasının İran İslam Respublikasının təşviqi ilə baş verdiyini düşünürlər.

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini eyni zamanda Tehran və Ər-Riyad arasında əlaqə kanallarının hələ də açıq qaldığını vurğulayıb. O, bununla bağlı deyib: «Biz İranla birbaşa əlaqəni davam etdiririk».