ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 8-də, cümə axşamı Vaşinqtonda keçirilən Newsmax siyasət forumunda bildirib ki, Donald Trampın administrasiyası İran rejimini «tam təcrid» kampaniyası çərçivəsində İrana quru yolu ilə giriş və çıxış marşrutlarını bağlamaq üçün Türkiyə və Pakistanla əməkdaşlıq edir.
Bessent Qreta Van Sasterenlə söhbətində deyib: «Bütün quru yollarını bağlamaq üçün Pakistan və Türkiyə ilə əməkdaşlıq edirik». O, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Omanın Tehrana təzyiq siyasətinin həyata keçirilməsində Vaşinqtonla əməkdaşlığını yüksək qiymətləndirib.
ABŞ-ın maliyyə nazirinin sözlərinə görə, Vaşinqtonun strategiyası maksimum təzyiqdən tam təcridə keçib və maliyyə sanksiyaları ilə yanaşı, dəniz blokadasını, beynəlxalq uçuşlara məhdudiyyətləri və quru yollarının bağlanmasını əhatə edir. O, dənizdə görülən tədbirlərin məqsədinin İranın neft ixracını tamamilə dayandırmaq olduğunu bildirib.