ArazNews
Ana Səhifə / Bölgə / The Jerusalem Post: İran Hizbullahı ABŞ-ın yaxın vaxtlarda hücum edə biləcəyi barədə xəbərdar edib
Bölgə

The Jerusalem Post: İran Hizbullahı ABŞ-ın yaxın vaxtlarda hücum edə biləcəyi barədə xəbərdar edib

The Jerusalem Post: İran Hizbullahı ABŞ-ın yaxın vaxtlarda hücum edə biləcəyi barədə xəbərdar edib

"The Jerusalem Post" qəzeti iki diplomatik mənbəyə istinadən xəbər verib ki, İran Livandakı Hizbullah liderlərini yaxın gələcəkdə ABŞ-ın hərbi hücum edə biləcəyi barədə xəbərdar edib və qruplaşmanın belə bir ssenariyə hazır olmalı olduğunu bildirib.

Cümə axşamı yayılan həmin məlumata görə, İranın Hizbullaha mesajı belə olub: «Bizim qiymətləndirməmizə görə, ABŞ-ın hücumu sadəcə zaman məsələsidir; siz də hazır olmalısınız».

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin «Erem News» saytına istinadən Livanın təhlükəsizlik və hərbi mənbələri bildiriblər ki, Hizbullahın aylıq maaş alan tam ştatlı üzvləri mümkün hadisələrə hazır olmaq üçün çağırılıb.

Livanın «Al-Modon» nəşri də xəbər verib ki, Hizbullah İsraillə qarşıdurma kəskinləşəcəyi təqdirdə yenidən silahlanmağa və hərbi imkanlarını bərpa etməyə hazırlaşır.

Bu məlumatların yayıldığı vaxtda İsrailin müdafiə naziri İsrail Kats xəbərdarlıq edib ki, Hizbullah İranla koordinasiyalı şəkildə İsrailə hücum edərsə, daha geniş miqyaslı zərbələrlə üzləşəcək.