ArazNews
Ana Səhifə / İran / Zahedanda polis avtomobilinin keçdiyi yolda bomba partlayıb: Sistan və Bəluçistan polisinin müavini öldürülüb
İran

Zahedanda polis avtomobilinin keçdiyi yolda bomba partlayıb: Sistan və Bəluçistan polisinin müavini öldürülüb

Zahedanda polis avtomobilinin keçdiyi yolda bomba partlayıb: Sistan və Bəluçistan polisinin müavini öldürülüb

İRİB xəbər agentliyinin məlumatına görə, Sistan və Bəluçistan əyaləti polis komandanlığının sosial işlər üzrə müavini Nüsrət İftixari Zahedanın Çeşm-Ziyarət bölgəsində öldürülüb. Polis avtomobilinin keçdiyi yolda yol kənarına yerləşdirilmiş bomba partlayıb və İftixari bu partlayışda həlak olub.

İRİB partlayışı təşkil edən əsas şəxsin qaçarkən öldürüldüyünü iddia edib. İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Fars xəbər agentliyi isə hadisə zamanı bir neçə polis əməkdaşının yaralandığını yazıb.

Bundan bir neçə saat əvvəl Çeşm-Ziyarətdə silahlı şəxslərlə hərbi qüvvələr arasında şiddətli toqquşma baş verdiyi barədə xəbər yayılmışdı. Bundan sonra hakimiyyət bölgəyə onlarla hərbi avtomobil və bir helikopter göndərib.