ArazNews
Ana Səhifə / İran / Netanyahunun müşaviri "The Jerusalem Post"a: İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmağa çox yaxınlaşmışıq
İran

Netanyahunun müşaviri "The Jerusalem Post"a: İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmağa çox yaxınlaşmışıq

Netanyahunun müşaviri

Benyamin Netanyahunun xarici siyasət üzrə müşaviri Ofir Falk "The Jerusalem Post" qəzetinə müsahibəsində bildirib ki, İsrail İranda hakimiyyət dəyişikliyi üçün zəruri şəraitin yaradılmasına "çox yaxındır".

Falkın sözlərinə görə, hərbi və iqtisadi təzyiqlər İslam Respublikasını elə bir həddə çatdırıb ki, İran xalqı ona qarşı dura bilər. O deyib: "Bu şərait elə indi, məhz bu anda formalaşır."

İsrailin baş nazirinin müşaviri vurğulayıb ki, hakimiyyət dəyişikliyi son nəticədə İran xalqının öz əli ilə həyata keçirilməlidir.