ArazNews
Ana Səhifə / İran / «Kim istəmirsə, yığışıb getsin» deyən dövlət televiziyasının aparıcısı özü mühacirət edib
İran

«Kim istəmirsə, yığışıb getsin» deyən dövlət televiziyasının aparıcısı özü mühacirət edib

«Kim istəmirsə, yığışıb getsin» deyən dövlət televiziyasının aparıcısı özü mühacirət edib

İran İslam Respublikası Dövlət Teleradio Şirkətinin "Ofoq" kanalının sabiq aparıcısı Zeynəb Əbutalibi «Kim istəmirsə, yığışıb getsin» kimi qalmaqallı sözü ilə gündəmə gəlmişdi, indi isə özü İranı tərk edib. Bu barədə Sistemin Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Məhəmmədrza Bahonər məlumat verib.

Əbutalibi İran təqvimi ilə 1398-ci ildə televiziya verilişlərinin birində İrandakı mövcud vəziyyətlə razılaşmayanlara müraciət edərək demişdi: «Əgər kimsə buna inanmırsa, yığışıb İrandan getsin; həmin rifahın və həmin həyat tərzinin olduğu yerlərə getsin».

Məhəmmədrza Bahonər indi açıqlayıb ki, bu aparıcı həmin sözlərdən sonra özü İrandan mühacirət edib. Bahonər deyib ki, araşdırdıqdan sonra Əbutalibinin çoxdan ölkəni tərk etdiyini öyrənib.

Dövlət televiziyasının bu aparıcısının mühacirət etməsi İslam Respublikası tərəfdarlarının sərt şüarları ilə onların öz şəxsi həyat tərzi arasındakı ziddiyyəti yenidən müzakirə mövzusuna çevirib.

Qeyd edək ki, Əbutalibi sözləri qalmaqala səbəb olduqdan sonra xalqdan üzr istəmişdi.

Onun hansı ölkəyə mühacirət etdiyi hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.