İranda sərnişinlərin gətirdiyi iPhone 18 Pro və Pro Max telefonlarının qeydiyyat (reyestr) xərci təxminən 180 milyondan 190 milyon tüməndən çoxa qədər yüksəlib. Bu məbləğ təkbaşına bazarda satılan bir çox telefonun qiymətindən yüksəkdir.
IRNA-nın məlumatına görə, Tehran Telekommunikasiya Cihazları Həmkarlar İttifaqının sədri Seyid Hüseyn Sadat Hüseyni iPhone 18 üçün gömrük rüsumlarını gömrük sistemində ödəmək imkanının aktivləşdirildiyini açıqlayıb.
O, valyuta məzənnəsindəki kəskin dalğalanmaları, sifarişlərin qeydiyyatına qoyulan məhdudiyyətləri və idxalla bağlı problemləri mobil telefon bazarındakı xaosun əsas səbəbləri kimi göstərib. Alıcılıq qabiliyyətinin azaldığı bir şəraitdə qeydiyyat xərclərinin kəskin artması flaqman telefonları istehlakçıların böyük hissəsi üçün daha da əlçatmaz edib.