İLNA-nın məlumatına görə, Əczaçılar Assosiasiyasının sözçüsü Hadi Əhmədi bildirib ki, xammal çatışmazlığı, müharibə və sanksiyalardan irəli gələn məhdudiyyətlər, nəqliyyat problemləri, eləcə də valyuta ayrılmasında azalma və gecikmələr bəzi psixiatrik dərmanların istehsalı və idxalı prosesini pozub.
O açıqlayıb ki, bu il dərman sahəsinə ayrılan valyutanın həcmi Qida və Dərman Təşkilatının ölkənin ehtiyaclarını ödəmək üçün tələb etdiyi məbləğin təxminən yarısı qədər olub.
Əhmədi həmçinin dərmanların rəsmi şəbəkədən «sızmasının» ciddi şəkildə araşdırılmasını tələb edib və deyib ki, apteklərdə qıtlığı yaşanan dərmanların qara bazarda necə qat-qat yüksək qiymətlərə tapıldığı müəyyənləşdirilməlidir.
Daha əvvəl İran Psixiatrlarının Elmi Assosiasiyası da səhiyyə nazirinə ünvanladığı məktubda bəzi zəruri psixiatrik dərmanların çatışmazlığının davam etməsi və dərinləşməsi ilə bağlı xəbərdarlıq etmişdi.