ArazNews
Ana Səhifə / İran / Deputatdan təhsil böhranı etirafı: «Müəllimlərin maaşı 200 faizədək artırılmalıdır»
İran

Deputatdan təhsil böhranı etirafı: «Müəllimlərin maaşı 200 faizədək artırılmalıdır»

Deputatdan təhsil böhranı etirafı: «Müəllimlərin maaşı 200 faizədək artırılmalıdır»

Parlamentin Təhsil və Tədqiqatlar Komissiyasının üzvü Ehsan Əzimirad təhsil sisteminin böhranlı vəziyyətdə olduğunu etiraf edib. O bildirib ki, müəllimlərin maaşı 150-200 faiz artırılmalıdır, çünki hazırkı ödənişlər təhsil işçilərinin maddi-məişət problemlərini həll etməyə yetmir.

İLNA-nın məlumatına görə, Əzimirad deyib ki, saathesabı işləyən sərbəst müəllimin maaşı təxminən 18 milyon tümən təşkil edir. Hətta bəzi təcrübəli müəllimlərin aldığı məbləğ də 40-50 milyon tüməni keçmir. O, təhsil sistemini tədris, tərbiyə və maliyyə baxımından «böhranlı vəziyyətdə» olaraq səciyyələndirib.

Deputat həmçinin təhsildəki bərabərsizliyə toxunaraq qeyd edib ki, universitetlərə qəbul imtahanında (konkur) ən yüksək nəticə göstərənlərin təxminən 74 faizi xüsusi məktəblərdə oxuyub. Adi dövlət məktəblərinin payı isə çox azdır.

Əzimirad konkurun ləğvini bərabərsizliyin azaldılması yollarından biri hesab edib. O vurğulayıb ki, təhsildə uğurun ailələrin maddi imkanlarından və özəl kursların xərclərindən asılı olması təhsildə ədalətə mənfi təsir göstərib.