İsrailin «Maariv» qəzeti xəbər verib ki, ABŞ son iki həftə ərzində İsraildən Vaşinqtonun birbaşa iştirakı olmadan İrana qarşı hərbi hücum həyata keçirməyi istəyib. Qəzetin məlumatına görə, bu təklif hər iki ölkədəki seçki hesablamaları ilə bağlı olub.
«Maariv» yazıb ki, Donald Trampın administrasiyası ABŞ-ın aralıq seçkilərdən əvvəl müharibənin yeni mərhələsinə birbaşa qoşulmasının Tramp üçün siyasi baxımdan baha başa gələcəyindən narahat olub. Halbuki İsrailin müstəqil hücumu Benyamin Netanyahunun seçki hesablamalarına təsir göstərə bilərdi.
Qəzetin məlumatına əsasən, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Amerika tərəfini xəbərdar edib ki, yeni hücumun başlanması İsraildə seçkilərin təxirə salınmasına səbəb ola bilər. «Maariv» bildirir ki, Vaşinqton hələlik bu tələbindən geri çəkilib.
Bununla belə, iki amerikalı və bir israilli rəsmi sonradan bu məlumatı təkzib edib. Onlar Vaşinqtonun İsraildən belə bir tələbi olmadığını deyiblər.