ABŞ Dövlət Departamenti İran və Yaxın Şərqdəki proseslərlə bağlı yeni təhlükəsizlik xəbərdarlığı yayaraq Amerika vətəndaşlarını İrana səfər etməməyə, hazırda bu ölkədə olanları isə İranı ən qısa müddətdə tərk etməyə çağırıb.
8 oktyabr 2026-cı il tarixində yayılan xəbərdarlıqda regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti qeyd olunaraq uçuşların ləğv edilməsi, hava məkanının bağlanması və səfər marşrutlarında fasilələr yaranması ehtimalı barədə xəbərdarlıq edilib. Bundan əlavə, Amerika vətəndaşlarından uçuşlarının vəziyyətini birbaşa aviaşirkətlərdən izləmələri xahiş olunub.
Məlumatda bildirilir ki, İranın quru sərhədlərindən keçid qaydaları əvvəlcədən xəbərdarlıq edilmədən və ya qısa müddətli bildirişlə dəyişdirilə bilər. Həmçinin təyinat ölkələrinə giriş şərtləri də sürətlə dəyişə bilər.