ArazNews
Ana Səhifə / İran / OpenAI İran mənşəli «saxta jurnalistlər» şəbəkəsini ifşa edib
İran

OpenAI İran mənşəli «saxta jurnalistlər» şəbəkəsini ifşa edib

OpenAI İran mənşəli «saxta jurnalistlər» şəbəkəsini ifşa edib

OpenAI şirkəti yeddi saxta jurnalist kimliyindən istifadə edərək dünyanın müxtəlif yerlərində təxminən 12 onlayn media orqanında 100-ə yaxın məqalə dərc etmiş və ya təkrar yaymış İran mənşəli şəbəkəni aşkarlayıb bloklandığını bildirib.

OpenAI şirkətinin «Saxta imzalar» adlandırdığı bu şəbəkə ChatGPT-dən məqalələri redaktə etmək, redaktorlar üçün təkliflər hazırlamaq, sosial şəbəkə şərhləri yaratmaq və daxili hesabatlar tərtib etmək üçün istifadə edib. Aşkarlanan hesablar İranın daxilindən fəaliyyət göstərib və yerlərini gizlətmək üçün virtual şəxsi şəbəkələrdən yararlanıb.

Hazırlanan məzmunun böyük hissəsi ABŞ-İran müharibəsi ilə bağlı olub və bəzi göstərişlərdə modeldən ABŞ-ı «təcavüzkar», İsraili «etibarsız müttəfiq», İranı isə «müqavimət göstərən qurban» kimi təqdim etmək tələb olunub. Şəbəkənin sosial şəbəkə şərhləri sahəsindəki fəaliyyəti geniş əks-səda doğurmasa da, saxta kimliklər öz məqalələrini real media orqanlarında yerləşdirməyə nail olublar.

OpenAI vurğulayıb ki, bu əməliyyatın arxasında dayanan konkret tərəfi müəyyən etməyib və şirkətin qiymətləndirməsinə görə, fəaliyyətlər sifarişli və kommersiya xarakterli təsir kampaniyası ilə uyğun gəlib.