İranın Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb, tərəflər Tehran ilə Bakı arasında münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə danışıblar.
Araz News-un Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İran ilə Azərbaycan Respublikası arasında münasibətlərdəki son gedişat və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər həmçinin siyasi məsləhətləşmələrin artırılması və Tehran ilə Bakı arasında əlaqələrin davam etdirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.