Ən böyük süni intellekt şirkətlərinin rəhbərləri Ağ Evdə görüşərək birgə təhlükəsizlik sazişi imzalayıblar. ABŞ prezidenti Donald Tramp da bu sənədi imzalayıb.
Sazişə əsasən, şirkətlər öz süni intellekt modellərinin təhlükəsizliyini daim nəzarətdə saxlayacaq və zəruri qoruyucu tədbirləri tətbiq edəcəklər.
Bu tədbirlər hər bir şirkətin daxilindəki müstəqil bölmə və kənar müstəqil qurumlar tərəfindən müntəzəm olaraq yoxlanılacaq. Direktorlar şurasındakı müstəqil komitə də hər iki yoxlamanın nəticələrini nəzərdən keçirəcək.
Sənədi imzalayanlar arasında Mark Zukerberq (Meta), İlon Mask (xAI), Dario Amodei (Anthropic) və Censen Huanq (Nvidia) var. Sundar Piçai (Google) və Qreq Brokman (OpenAI) da sənədə imza atıblar.