Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) Bakıda keçirilən «ADEX-2026» müdafiə sərgisində J-10CE qırıcısının Azərbaycan Hərbi Hava Qüvvələrinin nişanı olan tam ölçülü maketini nümayiş etdirib. Azərbaycan əvvəllər də bu qırıcıya maraq göstərmişdi.
Bu nümayiş reklam xarakteri daşıyır və müqavilə bağlandığı və ya qırıcıların mütləq təhvil veriləcəyi anlamına gəlmir. Azərbaycanın hazırda JF-17C Blok 3 qırıcıları var. Maketin yanında PL-10E və PL-15E «hava-hava» raketləri də nümayiş olunurdu.
J-10CE qırıcılarının alınmasını qəti şəkildə təsdiqləyən ən son ölkə Özbəkistandır. Bu ölkə həmin qırıcıların real nümunələrini də nümayiş etdirib.