ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İran nüvə silahı əldə etmək proqramından vaz keçib
Xəbər

Tramp: İran nüvə silahı əldə etmək proqramından vaz keçib

Tramp: İran nüvə silahı əldə etmək proqramından vaz keçib

ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, İran nüvə (atom) silahı əldə etmək üçün hər hansı bir proqramdan vaz keçib və Vaşinqton Tehranın belə bir silaha sahib olmasına icazə verməyəcək.

Tramp jurnalistlərlə söhbətində İran İslam Respublikasına qarşı blokadanın və iqtisadi təzyiqin gözləniləndən daha böyük nəticə verdiyini, ABŞ-ın hərbi əməliyyatlarının da İranın nüvə gücünü zəiflətdiyini deyib.

O, demokratları da tənqid edərək iddia edib ki, onlar İranın nüvə bombası əldə etməsinin qarşısını almaq üçün heç bir iş görməyiblər. Tramp hazırkı gedişatın davam edib-etməyəcəyinə özünün qərar verəcəyini bildirib.