ArazNews
Ana Səhifə / İran / Tramp: İran azad edilmiş aktivlərlə ABŞ-dan buğda, qarğıdalı və soya alacaq
İran

Tramp: İran azad edilmiş aktivlərlə ABŞ-dan buğda, qarğıdalı və soya alacaq

Tramp: İran azad edilmiş aktivlərlə ABŞ-dan buğda, qarğıdalı və soya alacaq

ABŞ prezidenti Donald Tramp cümə axşamı, iyulun 25-də Amerika fermerləri ilə görüşdə bəyan edib ki, İran tezliklə əvvəllər ABŞ sanksiyaları çərçivəsində dondurulmuş aktivlərindən istifadə edərək Amerika fermerlərdən buğda, soya və qarğıdalı satın alacaq.

Tramp Amerika fermerlərinə müraciət edərək deyib: "Bizdə indi yeni bir bazar formalaşır — onun adı sevimli ölkə İrandır. Çox gözəl bir yerdir. Kimsə ora getmək istərmi?"

Bununla belə, İran açıqlayıb ki, aktivlərindən bu məqsədlər üçün istifadə edilməyəcək və ABŞ da bu maliyyə mənbələrinin hara və necə xərclənəcəyini müəyyən edə bilməz.

Tramp çıxışının digər hissəsində Amerika fermerləri qarşısında Vaşinqtonun İslam Respublikasının nüvə silahına sahib olmasına qarşı olduğunu vurğulayaraq bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, Tehranın özü də belə bir silaha sahib olmamağı qəbul edib.