Fars xəbər agentliyinin məlumatına görə, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı yayımladığı bəyanatda bildirib ki, İsrailin hərbi təyyarələrinin bəzi qonşu ölkələrin hava məkanında İrana doğru hərəkəti və uçuşu "təhlükəli bir addım" olmaqla birlikdə İslam Respublikasına qarşı yönəlmiş bir təhdiddir.
Bəyanatda qeyd edilib ki, əgər ABŞ İsraili cilovlamaq və nəzarətdə saxlamaq iqtidarında deyilsə, İslam Respublikası "özünə qarşı heç bir təhdidə dözməyəcək" və bu addımlara cavab verməyi öz hüququ hesab edir.