ArazNews
Ana Səhifə / İran / İsrail Kats: Qaani casusa oxşayır, təhdid deyil; İslam Respublikasının hücumu onun ən böyük səhvi olacaq
İran

İsrail Kats: Qaani casusa oxşayır, təhdid deyil; İslam Respublikasının hücumu onun ən böyük səhvi olacaq

İsrail Kats: Qaani casusa oxşayır, təhdid deyil; İslam Respublikasının hücumu onun ən böyük səhvi olacaq

İsrailin müdafiə naziri İsrail Kats İslam Respublikasının rəhbərlərinə ünvanladığı mesajda Qüds qüvvələrinin komandiri İsmail Qaaninin İsrailə qarşı növbəli təhdidlərini «gülünc jestlər» adlandırıb. O bildirib ki, «casus və xain» rolu bu təhdidlərdən çox daha artıq Qaaniyə yaraşır.

Kats vurğulayıb ki, əgər İslam Respublikası İsrailə hücum etsə, ən böyük səhvini etmiş olacaq. Onun sözlərinə görə, nə Hörmüz boğazının bağlanması Tehrana kömək edəcək, nə də mülki şəxslərə hücum İsraili dayandıracaq.

İsrailin müdafiə naziri sonda bildirib ki, ölkənin silahlı qüvvələri «işi tamamlamağa» hazırdır. O, bu mesajı AbbasƏraqçi, Məsud Pezeşkian və Məhəmmədbaşir Qalibafa ünvanlayaraq yayıb.