ArazNews
Ana Səhifə / Xəbər / Tehran, Pekin və Moskva MAQATE-də koordinasiyanı gücləndirir
Xəbər

Tehran, Pekin və Moskva MAQATE-də koordinasiyanı gücləndirir

 Tehran, Pekin və Moskva MAQATE-də koordinasiyanı gücləndirir


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarəçilər Şurasının iclası ərəfəsində İran, Çin və Rusiyanın nümayəndələri Rafael Qrossi ilə görüşərək İranın nüvə proqramı və qarşıdakı iclasda müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparıblar.


ArazNews-un Tasnim agentliyinə istinadən verdiyi məlumata görə, İran, Çin və Rusiyanın MAQATE-dəki daimi nümayəndələri agentliyin baş direktoru Rafael Qrossi ilə görüşərək növbəti İdarəçilər Şurası iclasının gündəliyində yer alan məsələləri müzakirə ediblər.


Məlumata əsasən, tərəflər İranın nüvə dosyesi və qarşıdakı iclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Görüş İranla MAQATE arasında nüvə proqramına nəzarət məsələləri üzrə fikir ayrılıqlarının davam etdiyi və Qərb ölkələrinin Tehrana qarşı diplomatik təzyiqləri artırmağa çalışdığı bir dövrdə baş tutub.