ABŞ prezidenti Donald Trampın həkimi prezidentin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verərək onun tam sağlam olduğunu və prezidentlik vəzifələrini yerinə yetirməyə hazır vəziyyətdə olduğunu bildirib.
ArazNews-un məlumatına görə, həkim tərəfindən yayılan qiymətləndirmədə Trampın fiziki və zehni durumunun qənaətbəxş olduğu, dövlət başçısı kimi fəaliyyətini davam etdirməsinə mane olacaq hər hansı tibbi problemin olmadığı vurğulanıb.
Açıqlamada qeyd olunub ki, prezident müntəzəm tibbi nəzarətdən keçir və son müayinələrin nəticələri onun vəzifəsinin tələblərini tam şəkildə yerinə yetirə biləcəyini göstərir.
Bu açıqlama son günlər ABŞ prezidentinin səhhəti ilə bağlı mediada yayılan müzakirələr fonunda verilib.