İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İrandakı “terror rejimi”nin təməlləri sarsılıb və bu sistem artıq əvvəlki kimi olmayacaq. O bildirib ki, İran rejiminin sonu qaçılmazdır və Tehran indiyədək çox ağır bədəl ödəyib.
Araz News-un xəbərinə görə, Netanyahu vurğulayıb ki, İsrailə qarşı plan quran hər kəsin məqsədləri iflasa uğrayacaq və bunun ağır nəticələri olacaq.
Bu açıqlamalar Mossadın rəhbəri David Barneanın vida mərasimində səsləndirilib. Netanyahu mərasimdə Mossadı dünyanın ən güclü kəşfiyyat və əməliyyat təşkilatı adlandırıb və Barneaya bu qurumdakı 30 illik fəaliyyəti, eləcə də son beş ildə rəhbər kimi əldə etdiyi nəticələrə görə təşəkkür edib.