ArazNews
Ana Səhifə / Xəbər / Heqset: “Pulsuz təhlükəsizlikdən istifadə dövrü başa çatıb”
Xəbər

Heqset: “Pulsuz təhlükəsizlikdən istifadə dövrü başa çatıb”

Heqset: “Pulsuz təhlükəsizlikdən istifadə dövrü başa çatıb”


ABŞ-ın müdafiə naziri Pit Heqset NATO üzvlərini və Vaşinqtonun müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb və bildirib ki, kollektiv təhlükəsizlik üçün daha çox məsuliyyət götürməyən ölkələrlə ABŞ-ın müdafiə münasibətlərində dəyişikliklər ola bilər.


ArazNews-un məlumatına görə, Heqset Sinqapurda keçirilən Şanqri-La Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib ki, öz təhlükəsizliyinin təmin olunmasında daha çox pay sahibi olmayan ölkələr ABŞ-ın yanaşmasının dəyişəcəyini gözləməlidirlər.


O, NATO-nun müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə çatdırmaq hədəfinə toxunaraq bildirib ki, artıq 2 faiz səviyyəsi kifayət etmir və bunu “pulsuz təhlükəsizlikdən istifadə” kimi qiymətləndirib.


ABŞ müdafiə naziri eyni zamanda Güney Koreya, Yaponiya, Avstraliya və Filippini hərbi investisiyalarını artırdıqları üçün təqdir edib və vurğulayıb ki, ortaq təhlükəsizlik yalnız bütün tərəflərin öz payını ödədiyi halda mümkündür.