Ermənistanda həbsdə olan müxalifət lideri Samvel Karapetyanın sözçüsü Narek Karapetyan canlı yayım zamanı ölkənin baş naziri Nikol Paşinyanı sərt şəkildə tənqid edib.
ArazNews-un məlumatına görə, Karapetyan bildirib ki, qarşıdan gələn Ermənistan seçkilərində Ermənistan maraqlarını müdafiə edən 14 siyasi qüvvə iştirak edir və yalnız bir Azərbaycanyönlü qüvvə mövcuddur. O, birbaşa Paşinyana müraciətlə deyib: “O bir nəfər də sənsən, sənsən!”
Bu açıqlama Ermənistan daxilində hökumətlə müxalifət arasında siyasi gərginliyin davam etdiyi bir dövrdə səslənib.
Qeyd edək ki, bu müxalif hərəkatın lideri Samvel Karapetyan hazırda ev dustaqlığında saxlanılır.