Urmu gölündə suyun həcmi bu yaz ötən illə müqayisədə 15 dəfə artıb. Uzun illərdən sonra flaminqolar və qağayılar yenidən qorunan Hon adasına qayıdıblar.
ArazNews-un məlumatına görə, fotoqraf və ətraf mühit fəalı Möhsün Qasid paylaşdığı yeni videoda quşların sayı və növ müxtəlifliyinin əvvəlki illərlə müqayisədə “onlarla dəfə” artdığını bildirib.
Doğu və Batı Azərbaycan əyalətlərinin Ətraf Mühit İdarələrinin məlumatları da bu artımı təsdiqləyir. Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, 2025-ci ildə tam quruma həddinə çatan Urmu gölü hələ də böhran vəziyyətindən tam çıxmayıb.