Azərbaycan Milli Hərəkatının siyasi liderlərindən biri olan Yürüş Mehrəlibəylinin Təbriz həbsxanasının xüsusi bölməsinə köçürüldüyü bildirilir.
ArazNews-un Demokratlar-a istinadən verdiyi məlumata görə, son günlər Təbriz həbsxanasında bəzi siyasi məhbuslara telefon istifadəsi qadağan edilib və digər məhdudiyyətlər tətbiq olunub. Bu vəziyyət bir sıra məhbusların etirazına səbəb olub.
Məlumata əsasən, Yürüş Mehrəlibəyli mövcud şəraitə etiraz edən şəxslərdən biri olub və bundan sonra həbsxananın xüsusi bölməsinə köçürülüb.
Həmçinin bildirilib ki, həbsxanadakı təxminən 60 siyasi məhbus Yürüş Mehrəlibəylinin yenidən ümumi bölməyə qaytarılmayacağı təqdirdə aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.