Azərbaycan türkü vəkil Məhəmmədrza Fəqihi şənbə günü,14 iyun tarixində Evin həbsxanasında keçirdiyi təxminən bir il səkkiz aylıq həbs müddətindən sonra azadlığa buraxılıb.
ArazNews-un Azərbaycan İnsan Haqları Müdafiə Təşkilatına istinadən verdiyi məlumata görə, İran Ali Məhkəməsinin 44-cü şöbəsi Cinayət Prosessual Məcəlləsinin 474-cü maddəsinin “ç” bəndinə əsaslanaraq və törədildiyi iddia olunan əməlin “cinayət təşkil etmədiyi” qənaətinə gələrək Məhəmmədrza Fəqihinin işi üzrə yenidən məhkəmə baxışı tələbini qəbul edib.
Məlumata görə, Məhəmmədrza Fəqihi daha əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən, hakim Əbülqasım Səlavatinin sədrliyi ilə “ölkə təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbir olmaq” ittihamı ilə 5 il həbsə, 2 il vəkillik fəaliyyətindən məhrum edilməyə, 2 il ölkədən çıxış qadağasına və siyasi fəaliyyət məhdudiyyətinə məhkum edilmişdi.
Azərbaycan İnsan Haqları Müdafiə Təşkilatı bildirib ki, bu hökmün verilməsinin yeganə səbəbi vəkilin 2022-ci ilin oktyabr ayında Mərkəzi Vəkillər Kollegiyasının qarşısında keçirilən dinc vəkillər aksiyasında iştirak etməsi olub.
Fəqihi 2025-ci ilin fevral ayından etibarən hökmün icrası üçün Evin həbsxanasına köçürülmüşdü. İndi isə yenidən məhkəmə baxışının qəbul edilməsi və ona aid edilən əməl üzrə cinayət tərkibinin olmadığı qənaətinə gəlinməsindən sonra azadlığa buraxılıb.