Gulf News qəzeti ABŞ, İsrail və İran arasında müharibənin başlamasının 100-cü günü münasibətilə dərc etdiyi təhlildə yazıb ki, Yaxın Şərq hələ də müharibə və sülh arasında qeyri-müəyyən vəziyyətdə qalır.
ArazNews-un məlumatına görə, qəzet bildirir ki, 2026-cı il martın 9-da başlayan qarşıdurmalardan üç aydan çox vaxt keçməsinə baxmayaraq, İran hakimiyyəti ağır hərbi itkilərlə üzləşsə də, Tehran və Vaşinqton arasında hərtərəfli razılaşma əldə olunmayıb.
Gulf News əlavə edib ki, Hörmüz boğazı böhranı və Livan məsələsi də hələlik həllini tapmayıb. Region müharibənin yaratdığı siyasi, təhlükəsizlik və iqtisadi nəticələrlə mübarizə aparmağa davam edir.
Təhlildə vurğulanır ki, münaqişələrin yaxın zamanda başa çatacağına dair aydın mənzərə görünmür. Donald Tramp elan etdiyi bütün məqsədlərə nail ola bilməyib, İran rejimi isə tam məğlubiyyəti qəbul etməyib.