ArazNews
Ana Səhifə / Dünya / Ermənistan seçkiləri öncəsi Moskva və Tehranın narahatlığı artır: İrəvan Qərbə yönəlir
Dünya

Ermənistan seçkiləri öncəsi Moskva və Tehranın narahatlığı artır: İrəvan Qərbə yönəlir

Ermənistan seçkiləri öncəsi Moskva və Tehranın narahatlığı artır: İrəvan Qərbə yönəlir


Ermənistanda parlament seçkilərinin yaxınlaşması ilə ölkənin gələcək geosiyasi istiqaməti uğrunda mübarizə daha da kəskinləşib. Analitiklər hesab edirlər ki, seçkilərin nəticəsi Azərbaycanla sülh prosesinə, regional nəqliyyat dəhlizlərinin inkişafına və Rusiyanın Cənubi Qafqazdakı təsirinin azalmasına birbaşa təsir göstərə bilər.


ArazNews-un məlumatına görə, National Interest nəşri yazır ki, Ermənistanda 7 iyun 2026-cı ildə keçiriləcək seçkilər yalnız daxili siyasi yarış deyil, həm də ölkənin gələcəkdə Qərbə yaxınlaşması və ya Rusiyanın təsir dairəsində qalması məsələsini müəyyən edəcək.


Məlumata əsasən, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini dəstəkləyən Nikol Paşinyan Azərbaycanla sülh sazişinin irəlilədilməsi və şərq-qərb nəqliyyat layihələrinin həyata keçirilməsi üçün kifayət qədər siyasi dəstək qazanmağa çalışır. Moskva yönlü qüvvələr isə Qarabağ müharibəsindən sonra yaranmış narazılıqdan istifadə edərək İrəvanın Qərbə inteqrasiyasını dayandırmağa çalışırlar.


National Interest həmçinin Rusiyanın Ermənistana siyasi, iqtisadi və informasiya təzyiqlərini artırdığını qeyd edir. Nəşrin yazdığına görə, Moskva Ermənistanın ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlığının genişlənməsindən ciddi narahatdır.


Təhlildə vurğulanır ki, Bakı ilə İrəvan arasında sülhün möhkəmlənməsi və regional kommunikasiya xətlərinin inkişafı Cənubi Qafqazın beynəlxalq ticarət və tranzitdə rolunu gücləndirə, region ölkələrinin Rusiya və İrandan asılılığını azalda bilər.