ArazNews
Ana Səhifə / Azərbaycan / Tramp Əliyevə mesajında Vaşinqton-Bakı strateji tərəfdaşlığının gücləndirilməsini vurğuladı
Azərbaycan

Tramp Əliyevə mesajında Vaşinqton-Bakı strateji tərəfdaşlığının gücləndirilməsini vurğuladı

Tramp Əliyevə mesajında Vaşinqton-Bakı strateji tərəfdaşlığının gücləndirilməsini vurğuladı


ABŞ Prezidenti Donald Tramp 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, Vaşinqtonla Bakı arasında strateji əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.


ArazNews-un Musavat-a istinadən yaydığı məlumata görə, Tramp mesajında 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sülh görüşündən sonra “ikitərəfli münasibətlərin yenidən canlandığını” bildirib. O qeyd edib ki, 2026-cı ilin fevralında imzalanan strateji tərəfdaşlıq xartiyası təhlükəsizlik, iqtisadi əlaqələr və regional bağlantılar sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarıb.


ABŞ prezidenti həmçinin Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təkrarlayıb. O, sərhədlərin müəyyənləşdirilməsi prosesinin davam etməsini, dörd erməni məhbusun azad olunmasını, Ermənistana yanacaq göndərilməsini və “Sülh körpüsü” təşəbbüsünü müsbət addımlar kimi qiymətləndirib.


Tramp vurğulayıb ki, ABŞ bu strateji tərəfdaşlığı qarşıdakı illərdə və onilliklərdə daha da gücləndirmək niyyətindədir.