Təbriz şəhərində yerləşən bir hərbi mərkəz bu gün səhər saatlarında İsrailin hava hücumuna məruz qalıb.Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə Baş İdarəsinin rəisi Məcid Fərşi hücumun yerli vaxtla saat 05:00 radələrində baş verdiyini bildirib.
Onun sözlərinə görə, hərbi mərkəz hədəfə alınıb, lakin indiyədək hücum nəticəsində ölən və ya yaralananların olduğu barədə məlumat verilməyib.