ArazNews
Ana Səhifə / Xəbər / Rubio: “Epik Qəzəb” əməliyyatı başa çatdı; İran xalqı rejimin gündəlik qurbanıdır
Xəbər

Rubio: “Epik Qəzəb” əməliyyatı başa çatdı; İran xalqı rejimin gündəlik qurbanıdır

 Rubio: “Epik Qəzəb” əməliyyatı başa çatdı; İran xalqı rejimin gündəlik qurbanıdır


ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ və İsrailin İrana qarşı birgə həyata keçirdiyi ilkin “Epik Qəzəb” əməliyyatı sona çatıb.

ArazNews-un məlumatına görə, Rubio Vaşinqtonun əməliyyat zamanı hədəflərinə çatdığını və indi Hörmüz boğazının tam açılması və Tehranla yeni razılaşma əldə olunmasına üstünlük verdiyini deyib.


O əlavə edib ki, İran rejimi rəhbərləri “ağıllı seçim” etməli və diplomatiya yoluna qayıtmalıdır.


Rubio jurnalistlər qarşısında İranın qərarvermə strukturunu tənqid edərək bildirib ki, Tehran üçün mövcud vəziyyətdən çıxmaq çətindir, lakin ölkə reallığı qəbul edib danışıqlara başlamalıdır.


ABŞ dövlət katibi iddia edib ki, İran rejimi “liderlik böhranı” yaşayır və İran xalqı bu hakimiyyətin “gündəlik qurbanlarıdır.”


Onun sözlərinə görə, İran hakimiyyəti ağır iqtisadi təzyiqlərə baxmayaraq xalqın əzablarına məhəl qoymadan siyasətini davam etdirir, amma “rejimin ağrıya dözmə həddi sonsuz deyil.”


Rubio bildirib ki, İranın bəzi seçilmiş rəsmiləri iqtisadi vəziyyətin reallığını anlayır, lakin ruhani dairələr və Sepah-a yaxın qüvvələr hər şeydən əvvəl “rejimin istənilən qiymətə qorunmasını” düşünür.