ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / Qalibafdan təhdid mesajı: enerji xətləri və Bab əl-Məndəb gündəmdə
İran

Qalibafdan təhdid mesajı: enerji xətləri və Bab əl-Məndəb gündəmdə

 Qalibafdan təhdid mesajı: enerji xətləri və Bab əl-Məndəb gündəmdə


İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf X platformasında paylaşım edərək, Tehranın qlobal enerji və iqtisadi balanslara təsir imkanlarının hələ də mövcud olduğunu iddia edib.


Qalibaf bildirib ki, “ABŞ öz üstün kartları ilə fəxr edir, lakin real balans təklif tərəfi ilə tələb tərəfi arasında müəyyən olunur.”


O, “təklif tərəfi” kimi Hörmüz boğazı, Bab əl-Məndəb və enerji boru xətlərini göstərib, “tələb tərəfi”nə isə strateji ehtiyatların istifadəsi, tələbin azaldılması və qiymət siyasətlərini aid edib.


Qalibaf əlavə edib ki, yay tətili faktorunu da bu tənliyə daxil etmək lazımdır və bunu istehzalı şəkildə qeyd edib.