Tehran Hörmüz boğazında məhdudiyyətlərin davam edəcəyini açıqladı

1 saat əvvəl 1 dəq oxu Editorial Board
Tehran Hörmüz boğazında məhdudiyyətlərin davam edəcəyini açıqladı


ArazNews-un dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari bildirib ki, Fars körfəzi və Oman dənizində limanların təhlükəsizliyi “ya hamı üçün var, ya da heç kim üçün” və İran Hörmüz boğazına nəzarəti davam etdirəcək.


Bəyanatda qeyd olunub ki, “düşmənə bağlı” gəmilərin bu boğazdan keçməsinə icazə verilməyəcək, lakin digər gəmilər müəyyən edilmiş qaydalara əməl etdikləri təqdirdə keçid edə biləcəklər.


İran Silahlı Qüvvələrinin açıqlamasında vurğulanıb ki, mövcud təhdidlər səbəbilə müharibə başa çatsa belə, Hörmüz boğazına nəzarət üçün daimi mexanizm tətbiq olunacaq.


Eyni zamanda, ABŞ-ın dəniz hərəkətinə qoyduğu məhdudiyyətlər “qanunsuz” adlandırılıb və xəbərdarlıq edilib ki, İran limanlarının təhlükəsizliyi təhdid olunarsa, Fars körfəzi və Oman dənizində heç bir liman təhlükəsiz qalmayacaq.