ArazNews
Ana Səhifə / İran / Sepah rəsmisi: Yenidən müharibə ehtimalı aşağıdır; İranın güneyi “təcavüzkarların qəbiristanlığına” çevriləcək
İran

Sepah rəsmisi: Yenidən müharibə ehtimalı aşağıdır; İranın güneyi “təcavüzkarların qəbiristanlığına” çevriləcək

Sepah rəsmisi: Yenidən müharibə ehtimalı aşağıdır; İranın güneyi “təcavüzkarların qəbiristanlığına” çevriləcək


Sepah-ın yüksək rütbəli rəsmisi ABŞ ilə yeni qarşıdurma ehtimalının az olduğunu iddia edib, lakin mümkün hər hansı hücuma qarşı İran qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu bildirib.


ArazNews-un məlumatına görə, SEPAH Hərbi Dəniz Qüvvələri komandanlığının siyasi müavini Məhəmməd Əkbərzadə Tasnim agentliyinə deyib: “Müharibə ehtimalı aşağıdır, çünki düşmən zəifləyib.” O, həmçinin xəbərdarlıq edib ki, mümkün hücum halında Çabəhardan Mahşəhrə qədər olan ərazi “təcavüzkarların qəbiristanlığına” çevriləcək.


Bu açıqlamalar Tehranla Vaşinqton arasında gərginliyin davam etdiyi, eyni zamanda gərginliyin azaldılması və mümkün razılaşma ilə bağlı dolayı danışıqların sürdüyü bir vaxtda səsləndirilib.